Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda qazlaşdırılma səviyyəsi 97 faizi ötüb

26 sentyabr 2020 | 16:00

Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bu günlərdə dövlət sifarişi ilə qazlaşdırılması həyata keçirilən daha bir yaşayış məntəqəsinə təbii qaz açılışı təmin olunub. Belə ki, Şamaxı rayonunun Qaleybuğurd kəndinə qaz çəkilişi tamamlanıb.

153 abonenti olan Qaleybuğurd kəndində qazlaşdırma işlərinin həyata keçirilməsi üçün birpilləli sistem əsasında müxtəlif diametrli 12 min 877 metr uzunluqda polad boru vasitəsilə daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bununla da Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb və qazlaşdırılma səviyyəsi bu gün üçün 97 faizdən bir qədər artıq təşkil edir. Başqa sözlə, rayonda 21 min 303 abonent təbii qazdan istifadə edir. Şamaxı rayonu üzrə qazlaşdırılmayan 11 yaşayış məntəqəsi qalır ki, bundan da hazırda 3-də qaz çəkilişləri davam etdirilir.

Keçidlər