Şamaxıda 3730 tondan çox şəkər çuğunduru istehsal olunub
04 sentyabr 2020 | 16:00
Şamaxı rayonunda şəkər çuğunduru yığımı sona çatıb.
Cari mövsümdə 101 hektarda şəkər çuğunduru yetişdirilmişdi. Torpaq mülkiyyətçiləri sahələrdən 3737 ton məhsul götürüblər.
Qeyd edək ki, şəkər çuğundurunun insan orqanizmi üçün böyük müalicəvi əhəmiyyəti onun bazarlarda alıcılarının artmasına səbəb olub. Hazırda yerli bazarlarda bir kiloqramının qiyməti 70-80 qəpikdir ki, bu qiymət istehsalçılar üçün də sərfəlidir.