Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 2233 tondan çox kartof istehsal olunub

03 sentyabr 2020 | 16:00

Şamaxı rayonunda kartof yığımı başa çatıb və sahələrdən 2233,5 ton məhsul götürülüb.

Cari ildə fermerlər və fiziki şəxslər tərəfindən 326 hektarda kartof yetişdirilib. Əkin sahələri ötən ildəkindən 3,5 hektar çox olub. Məhsul istehsalında da 39,8 ton artım qeydə alınıb.

Qeyd edək ki, kartofçuluq bölgədə ənənəvi təsərrüfat sahəsidir. Xüsusilə rayonun şimal dağlıq ərazilərində, o cümlədən Qızmeydan, Çuxuryurd, Hacılı və bir sıra digər ərazi dairələrində ailə fermer təsərrüfatları bazarlarda ilboyu yüksək tələbat olan və yaxşı gəlir gətirən kartofçuluğa böyük maraq göstərirlər.

Keçidlər