Şamaxı heyvandarları cari ilin səkkiz ayını uğurlu nəticələrlə başa vurublar
02 sentyabr 2020 | 16:00
Şamaxı rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir və cari ilin ötən səkkiz ayını heyvandarlar uğurlu nəticələrlə başa vurublar.
2020-ci ilin səkkiz ayında diri çəkidə 2759,8 ton ət istehsal olunub. Bu göstərici 2019-cu ilin müvafiq dövründəkindən 69,9 ton çoxdur.
Süd və yumurta istehsalında da nəticələr uğurludur. Belə ki, səkkiz ayda süd istehsalı 2303 ton artaraq 1561,9 tona, yumurta istehsalı 2 milyon 350 min ədəd artaraq 14 milyon 70 min ədədə çatıb.