Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda yay şumuna hər gün 85-dən çox traktor cəlb edilir

24 avqust 2020 | 16:00

Şamaxı rayonunda payızlıq taxıl əkininə ciddi hazırlıq işləri aparılır və artıq 11 min 420 hektar sahədə yay şumu çıxarılıb.

Taxılçılıq aqrar sektorda aparıcı sahələrdəndir və hazırda növbəti təsərrüfat ilinin yüksək göstəriciləri üçün mühüm aqrotexniki tədbir olan yay şumunun vaxtında və keyfiyyətlə qaldırılması diqqət mərkəzindədir. Bu məqsədlə hər gün sahələrə 85-dən çox şum traktoru çıxarılır. Rayonun əksər ərazilərində, o cümlədən Sabir, Şəhriyar və Mədrəsə qəsəbələrində, Göylər, Quşçu, Adnalı, Həmyəli, Çaylı, Məlcək, Muğanlı, Bağırlı, Qonaqkənd, Hacıqədirli və bir sıra digər ərazi dairələrində yay şumunun çıxarılması sürətlə davam etdirilir.

Qeyd edək ki, hazırda payızlıq əkin üçün yüksək repreduksiyalı toxum, habelə şum altına vermək üçün gübrə tədarük olunur, səpəndə istifadə olunacaq texnika hazır vəziyyətə gətirilir. Payızda rayonda 42 min 100 hektardan çox sahədə taxıl əkiləcəyi gözlənilir.

Keçidlər