Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Noyabr - Zəfər Günü” Şamaxıda təntənəli qeyd olunub

08 noyabr 2025 | 12:44

“8 Noyabr - Zəfər Günü” münasibətilə Şamaxı rayonunda təntənəli tədbir keçirilib. Təbdirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib, Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Respublikamızın hər yerində olduğu kimi Şamaxı rayonunda da Şanlı Qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Rayonun müxtəlif yerlərində onlarla ağaclar əkilib.

Şamaxı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respulikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova Şanlı Zəfər münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, bu qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun Ordusunun və Azərbaycan xalqının tarixi qələbəsi olduğu barədə geniş söz açıblar.

Daha sonra Zəfər gününə həsr olunmuş “Qızıl payız” adlı sənədli film nümayiş olunub.

Rəsmi hissədən sonra tədbir mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş konsert proqramı ilə davam edib.

Keçidlər