Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda koronavirus (COVID-19) pandemiyası əleyhinə tədbirlər gücləndirilib

06 iyul 2020 | 16:00

Şamaxı rayonunda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.
   Bu gün Şamaxı şəhərində növbəti dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələrinin əraziləri dezinfeksiyaedici məhlulla yuyulub, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları təkrar dezinfeksiya olunub.
   Rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 61 mobil qrup fəaliyyət göstərir. Mobil qrupların üzvləri tərəfindən ticarət və ictimai-iaşə obyektlərində, eləcə də ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparılır, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin vacibliyi, həmçinin gigiyenik qaydalara düzgün riayət olunmasının zəruri olduğu barədə məlumatlar verilir.
   Rayon icra hakimiyyəti, rayonun hüquq mühafizə orqanları, bələdiyyə işçiləri və ərazi icra nümayəndələrindən ibarət nəzarət qrupları da yaradılıb. Nəzarət qrupları koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər həyata keçirir.
   Rayonda əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ardıcıl tədbirlər görülür.

Keçidlər