Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində növbəti reydlər keçirilib

02 iyul 2020 | 16:00

Şamaxı Rayon İcra Hakimiyyəti, rayonun hüquq mühafisə orqanlarının, Gigiyena və Epidemiologiya Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi və Şamaxı bələdiyyəsinin birgə həyata keçirdiyi reydlər zamanı Şamaxı şəhəri ərazisində sahibkarlıq obyektlərinin fəaliyyətinə nəzarət olunub, işini qaydalara uyğun qurmayan yeddi obyektin sahibinə ciddi və son xəbərdarlıq edilib. Bildirilib ki, belə reydlər mütəmadi olaraq keçiriləcək, ölkəmizdə tətbiq olunan qaydalara əməl etməyən sahibkarlıq obyektləri barədə ciddi tədbirlər görüləcək, cərimə olunacaq, həmin obyektlərdə qaydaların təkrar pozulacağı halda obyekt pandemiya dövründə birdəfəlik bağlanacaqdır.
   Qeyd edək ki, bu reydlər Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilir.

Keçidlər