Şriftin ölçüsü :

Saytın rəngi :

Hikmət Şikarov Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub

02 iyul 2020 | 16:00

Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

   Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun əmri ilə Hikmət Məzi oğlu Şikarov başçının birinci müavini vəzifəsinə təyin edilib.
Uzun illər Bakı şəhərinin ayrı-ayrı rayon icra hakimiyyətlərində müxtəlif rəhbər vəzifələrdə çalışmış Hikmət Şikarovun sonuncu vəzifəsi Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri olmuşdur. Ailəlidir, 3 övladı var.
   Qeyd edək ki, Hikmət Şikarov Əfqanıstan və Qarabağ müharibələrinin veteranıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixdə imzaladığı Sərəncamla Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Keçidlər