Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda ilin birinci rübündə 213 daimi iş yeri açılıb

23 aprel 2020 | 16:00

Şamaxıda cari ilin birinci rübündə 213 yeni iş yeri açılıb.

Rayon Statistika idarəsindən bildirilib ki, açılan yeni iş yerlərinin hamısı daimidir.

Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, bölgələrdə sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait həm də yeni istehsal sahələrinin fəaliyyətinə imkan verir ki, bu da daimi iş yerlərinin açılması ilə nəticələnir. Təkcə bu ilin birinci rübündə Şamaxıda açılan “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də hazırda 93 nəfər daimi işçi çalışır.

Keçidlər