Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda aqrar sektorda məhsul buraxılışının dəyəri 1,3 milyon manatadək artıb

23 aprel 2020 | 16:00

Şamaxı rayonunda 2020-ci ilin birinci rübündə aqrar sektorda ümumi məhsul buraxılışının dəyəri 10 milyon 924 min manat təşkil edib.

Rayon Statistika idarəsindən bildirilib ki, cari ilin ilk üç ayında əldə olunan nəticə keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 288 min manat çoxdur.

Qeyd edək ki, ilin ilk rübündə aqrar sektordakı bu göstərici əsasən heyvandarlıq məhsullarının payına düşüb.

Keçidlər