Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

26 fevral 2020 | 16:00

Şamaxıda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.

Rayon rəhbərləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri fevralın 26-da soyqırımı abidəsini ziyarət edib, önünə tər qərənfillər düzüblər.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov ermənilərin xalqımıza qarşı törətdikləri qətliam və faciələr barədə məlumat verib. Qeyd edib ki, bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan bu qanlı faciədən 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalıya ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də Xocalı soyqırımı haqqında qərar qəbul edib. Həmin qərarla hər il fevralın 26-sı “Xocalı Soyqırımı günü” kimi qeyd olunur.

Keçidlər