Şamaxıda qar və səsvermə
85 saylı Şamaxı Seçki Dairəsində Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermə kampaniyası güclü qar yağsa da, seçicilərin yüksək fəallığı şəraitində keçir.
Dairənin əhatə etdiyi 63 məntəqədə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairə üzrə 41 min 648 nəfər seçici, 9 nəfər də namizəd var. Səhər saatlarından başlayaraq güclü qar yağmasına baxmayaraq seçicilər seçki məntəqəsinə gələrək layiq bildikləri namizədə səs verirlər. Müraciət edən xəstə və ahıl seçicilər üçün səyyar qutu vasitəsilə səsvermə həyata keçirilir.
Prosesin gedişini ayrı-ayrı siyasi partiyalardan olan və öz təşəbbüsü ilə qeydə alınan 830 nəfər müşahidəçi, həmçinin ATƏT, AŞPA, MDB, Avropa Liberal Gəncliyi "LYMEC", Avropa Şurası Parlament Assambleyası və Türkdilli Ölkələrin Parlament Assambleyasından nümayəndələr izləyir.