Şriftin ölçüsü :

Saytın rəngi :

AVCİYA Milli Məclisə seçkilərlə əlaqədar Şamaxıda seminar keçirib

21 yanvar 2020 | 16:00

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Milli Məclisə seçkilərlə əlaqədar növbəti seminarı Şamaxıda keçirib.

Seminarın keçirilməsində məqsəd seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsidir.

Tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edərək assosiasiyanın 2004-cü ildən bəri seçki və referendumlarla bağlı gördüyü işlər barədə məlumat verib. O, 1995-ci ildən başlayaraq keçirilən parlament seçkiləri, Milli Məclisə bu il seçkilərin keçirilməsini zəruri edən səbəblər, seçkiqabağı mövcud ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığının vəziyyəti, namizədlərin qeydiyyatı, seçki siyahılarının vəziyyəti, seçki administrasiyasının fəaliyyəti və s. haqqında danışıb. Seminarda, həmçinin müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də məlumat verilib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər