Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda birinci Dövlət Proqramının qəbulundan bəri 20969 yeni iş yeri açılıb

23 yanvar 2020 | 16:00

Şamaxıda ötən il 1842 yeni iş yeri açılıb.

Rayon Statistika İdarəsindən bildirilib ki, yola saldığımız 2019-cu ildə yeni açılan iş yerlərinin 1403-ü daimidir. Daimi iş yerlərinin 35-i yeni idarə və müəssisələr, 5-i mövcud müəssisə və təşkilatlar, 1363-ü isə fiziki şəxslər tərəfindən yaradılıb. Digər tədbirlər üzrə açılan iş yerlərinin (müxtəlif beynəlxalq və yerli layihələr, mövsümi, abadlıq işləri və sair) sayı isə 439 olub.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbulundan bəri rayonda 20 min 969 yeni iş yeri açılıb ki, bunun da 17859-u daimidir.

Qeyd edək ki, qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait digər bölgələrdə olduğu kimi, Şamaxı rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.

Keçidlər