Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda ötən il ümumi məhsul buraxılışının həcmi 21,4 milyon manat artıb

30 yanvar 2020 | 16:00

Şamaxı rayonunda 2019-cu ildə iqtisadiyyatın əsas sahələri üzrə faktiki qiymətlərlə 83,1 milyon manat dəyərində ümumi məhsul buraxılıb.

Rayon Statistika İdarəsindən bildirilib ki, keçən il ümumi məhsul buraxılışının həcmi 21,4 milyon manat və ya 8,2 faiz artıb. Ümumi məhsul buraxılışında aqrar sektorun payı 81,4 milyon manat, sənayenin payı 8,4 milyon manat, tikinti-quraşdırma işlərinin payı isə 93 milyon manat olub.

Yola saldığımız ildə məhsul buraxılışı aqrar sektorda 11,9 milyon manat və ya 17,1 faiz, sənayedə 576 min manat və ya 2,4 faiz, tikinti-quraşdırma işlərində isə 3,1 milyon manat və ya 3,5 faiz artıb.

Keçidlər