Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı”

07 may 2013 | 15:00

Məlum olduğu kimi, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar respublikamızın hər yerində silsilə tədbirlər həyata keçirilir. Mayın 6-da Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Şamaxı Rayon İcra Hakimiyyəti ilə birlikdə ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” mövzusunda konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Heydər əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə tər çiçəklər düzmüşlər.
“Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” mövzusunda keçirilən konfrans öz işinə ümummilli liderə həsr olunmuş filmin nümayişi ilə başlamışdır.
Konfransı giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq ulu öndər Heydər Əliyevin fenomen həyat və fəaliyyətindən, xüsusilə onun Azərbaycan regionlarının, o cümlədən Şamaxı rayonunun inkişafına göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açmışdır.
Konfransda İqtisadi İnkişaf Nazirliyi Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədovun “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı”, İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayevin “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı”, İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlovun “Heydər Əliyev və Azərbaycanda insan kapitaının inkişafı” və İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rofət Hüseynəliyevin “Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzularında məruzələri dinlənilmişdir.

Keçidlər