Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin birinci rübü Şamaxı rayonu üçün də uğurlu olmuşdur

26 aprel 2013 | 15:00

Aprelin 25-də Şamaxı rayon mədəniyyət sarayında 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda cari ilin birinci rübündə rayonda görülmüş işlərə dair Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin hesabat məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, 2013-cü ilin birinci rübü rayonun iqtisadiyyatı üçün uğurlu olmuşdur.

Birinci rübdə rayonda 32,3 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 1,5 milyon manatlıq sənaye, 6,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, 5,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.  Bu dövrdə əsas kapitala yönəldilən investisiyanın həcmi 5,8 manat, pərakəndə əmtəə dövriyyəsi 48,9 milyon və əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,6 milyon manat olmuşdur.

İlin birinci rübündə rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilmişdir. Belə ki, Şamaxı Olimpiya İdman Mərkəzində, Şamaxı cümə məscidində, uşaq İncəsənət məktəbində, Şamaxı Astofizika Rəsədxanasında tikinti və yenidənqurma işləri, həşçinin şəhərin giriş hissəsində ucaldılmış möhtəşəm qala divarlarının inşası başa çatmaq üzrədir. Şamaxı şəhərinin S.Ə.Şirvani və Şirvan küçələrində abadlaşdırma və yenidən qurma tədbirləri tamamlanmaq ərəfəsindədir. Həmin küçələrdə yolboyu yerləşən bütün fərdi, ictimai və inzibati binaların dam örtükləri, pəncərə blokları dəyişdirilmiş, giriş qapıları yenilənmiş, binaların fasadları xüsusi materiallarla üzlənmişdir. Həmin küçələrin, eləcə də Heydər liyev küçəsinin asvaltlaşdırılması işi başa çatdırılmışdır.

Yığıncaqda qeyd olunmuşdur ki, hesabat dövründə sürüşmə zonasında qəzalı və yarasız vəziyyətə düşən evlərin əvəzinə Meysəri kəndinin yaxınlığında 63 ədəd yeni vintikintisi başa çatmaq üzrədir. Bundan əlavə ötən üç ay ərzində rayon ərazisində 5 min ədəddən çox ağac və gül kolları əkilmiş, İkinci Çaylı, Hacılı və Cabanı kəndlərinin hər birində 80 yerlik yeni məktəb binasının tikintisi davam etdirilmişdir.

Yığıncaqda hesabat dövründə rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində görülmüş işlər də ətraflı müzakirə edilmiş, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılmışdır.

 

Keçidlər