Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda sərbəst güləş üzrə VII açıq respublika turnirinin açılış mərasimi olub

05 oktyabr 2019 | 16:00

Oktyabrın 5-də Şamaxıda Əməkdar bədən tərbiyəsi və İdman xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII açıq respublika turniri start götürüb.

Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan ənənəvi yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparırlar. Azərbaycanın bütün bölgələrindən və idman cəmiyyətlərindən güləşçilərin qatıldığı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edirlər. Ümumilikdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəki dərəcələrində 350-dək güləşçi qüvvəsini sınayır.

Yarışın ilk günündə turnirin fəxri qonaqları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini yad ediblər. Sonra qonaqlar rayondakı Heydər Əliyev Mərkəzində olublar.

Şamaxı Olimpiya İdman turnirin təntənəli açılış mərasimi olub.

Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Tofiq Eyvazov və Oleq Krapivin çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Daha sonra dövlət himni səsləndirilib. Açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra yerli rəqqaslar milli rəqsdə məharətlərini göstəriblər. Oleq Krapivinin dəvəti ilə Şamaxıya gəlmiş, Ukraynada yaşayan soydaşımız, müğənni Vaqif Nağıyevin ifasından sonra turnir davam edib.

Qeyd edək ki, yarışa oktyabrın 6-da yekun vurulacaq.

Keçidlər