Şamaxıda cari mövsümdə 2200 tona yaxın kartof istehsal olunub
03 sentyabr 2019 | 16:00
Şamaxı rayonunun torpaq mülkiyyətçiləri kartof yığımını başa çatdırıblar, sahələrdən 2193,7 ton məhsul götürülüb.
Rayon Statistika İdarəsindən bildirilib ki, bu il sahibkarlar 322,5 hektarda məhsul yetişdiriblər. Məhsul yığımı optimal müddətdə yekunlaşıb. Bir sıra ərazilərdə, xüsusilə Mədrəsə qəsəbə, Qızmeydan, Qaleybuğurd, Çuxuryurd, Qonaqkənd kənd ərazi dairələrində sahələrdən yüksək məhsul əldə olunub.
Qeyd edək ki, kartofçuluq rayonda təsərrüfatın ənənəvi sahəsidir. Torpaq mülkiyyətçiləri ilboyu bazarlarda böyük tələbat olan bu məhsulun əkin sahəsinin genişləndirilməsində maraqlıdırlar. Mütəxəssislər gələn mövsümdə kartof sahələrinin azı 3500 hektara çatdırılacağını proqnozlaşdırırlar.