Ötən ilin yekunları müzakirə edilmişdir
Fevralın 22-də Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı yanında şura yığıncağı keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin avidəsi önünə tər çiçəklər düzülmüş və ümummilli liderə ehtiramlarını bildirmişlər.
Yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev açmışdır. Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımovun “2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr haqqında” məruzəsi dinlənmişdir.
Daha sonra Şamaxı rayonu üzrə maliyyə idarəsinin rəisi Seyran Alcanov, rayon polis şöbəsinin rəisi Şahmar Paşayev, rayon mərkəzi xəstəxanasının baş həkimi Elxan Məmmədov, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı elektrik şəbəkəsinin rəisi Fatik Namazov, rayon qaz istismar sahəsinin rəisi Zülfü Babayev və başqaları çıxış etmişlər.Natiqlər əsas diqqəti ötən il həyata keçirilmiş tədbirlərlə yanaşı bu sahədə yol verilmiş nöqsanlara və onların həlli yollarına yönəltmişlər.
Şura iclasında Azərbaycan Prezidenti Adminstrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış edərək 2012-ci ildə respublikamızda əldə olunmuş nailiyyətlər görülmüş və qarşıda duran vəzifələr barəsində ətraflı məlumat vermişdir.
Tədbirin sonunda yığıncaq iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul edilmişdir.