Şriftin ölçüsü :

Saytın rəngi :

“Innocamp” yay düşərgəsi çərçivəsində “Robopark” layihəsi müzakirə olunub

31 avqust 2019 | 16:00

Avqustun 31-də Şamaxıda keçirilən “Innocamp” yay düşərgəsi çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti arasında təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində innovasiyaların tətbiqi mövzuları ətrafında müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, görüşdə məktəblilərin yüksək texnologiyalar sahəsinə marağının artırılması məqsədi daşıyan “Robopark” layihəsi barədə danışılıb.

Qeyd edək ki, “Innocamp” innovasiya yay düşərgəsi avqustun 29-dan 31-dək Şamaxıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilir.

Keçidlər