Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

27 avqust 2019 | 16:00

Şamaxıda rayon icra hakimiyyətinin təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan əlil uşaqlar üçün əyləncəli tədbir keçirilib.

Tədbirdə 25 nəfər əlil uşaq, 50 nəfər valideyn iştirak edib.

Çıxışlarda ölkəmizdə, o cümlədən rayonda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edilib. Sonra foyedə əlil uşaqlar üçün viktorinalar təşkil edilib, musiqili-əyləncəli proqram təqdim olunub, balacalara hədiyyələr verilib.

Valideynlər ölkəmizdə əlil uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər