İnternat evində bayram süfrəsi açılmışdır
20 mart 2013 | 16:00
Novruz bayramı münasibətilə rayonda silsilə bayram tədbirləri keçirilmişdir. Ənənəvi olaraq rayon icra hakimiyyəti tərəfindən Şamaxı şəhər 1 saylı ruhi-əsəb internat evində bayram süfrəsi təşkil edilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-Aqrar məsələlr şöbəsinin müdiri Sərdar Ömərov çıxış edərək daha çox qayğı və diqqətə ehtiyacı olan internat evinin sakinlərini Novruz bayramı münasibətilə təbrik etmişdir. Sonra şənlik bayram süfrəsi arxasında davam etdirilmişdir.