Sərbəst güləş üzrə açıq kubok yarışına yekun vurulub, Şamaxı idmançıları 3 qızıl medal qazanıb
11 avqust 2019 | 16:00
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə açıq kubok yarışına yekun vurulub.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə yeniyetmə sərbəst güləşçilər 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəkilərdə mübarizə aparıblar. Ölkənin 30-dan artıq klub və cəmiyyətindən 200-dən artıq idmançı yarışda qüvvəsini sınayıb.
Yarışda Şamaxı idmançıları Mahir Məmmədov (48 kq), Zeyqəm Qurbanov (65 kq) və Əli Əmirov (80 kq) qızıl medala layiq görülüblər.
Yekun nəticələrə görə, “Sərhədçi” komanda hesabında birinci olub. Gəncə və Şamaxı komandaları isə ikinci və üçüncü yerləri tutublar.