Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı qadınlarının konfransı keçirilmişdir

16 mart 2013 | 16:00

Martın 15-də Şamaxı qadınlarının konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan qadınının keçdiyi şərəfli yoldan, ictimai-siyasi, mədəni və iqtisadi həyatımızdakı fəal rolundan danışmışdır.
Ulu öndərimizin Azərbaycan qadınına göstərdiyi xüsusi diqqət və qayğıdan, respublikamızın ictimai-syasi həyatında qadınların rolundan bəhs edən film nümayiş etdirildikdən sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov ölkəmizdə dövlət qadın siyasətinin həyata keçirilməsi sahəsində görülmüş işlər barəsində məruzə ilə çıxış etmişdir.
Daha sonra rayon qadınlarının nümayəndələrindən YAP rayon təşkilatı qadınlar birliyinin sədri Nəzakət Abdulrazaqova, rayon məhkəməsinin sədri Təranə Hüseynova, Prezident təqaüdçüsü Mariya Koyevnikova, AMİ Şamaxı filialının direktoru Tünzalə Yusifova çıxış edərək bu sahədə görülmüş işlərlə yanşı, onları narahat edən problemlərdən də  bəhs etmişlər.
Konfransda çıxış edən Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Azərbaycan qadınının keçdiyi tarixi roldan, onun cəmiyyət həyatında oynadığı roldan və dövlət qdın siyasətinin həyata keçirilməsi sahəsində əldə olunmuş uğurlardan və bu sahədə qarşıda duran əsas vəzifələrdən geniş söhbər açmışdır.
Tədbirin sonunda Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir.

Keçidlər