Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib

13 iyul 2019 | 16:00

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı iyulun 13-də Şamaxıda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək Ulu Öndərə məhəbbət və ehtiramlarını ifadə ediblər.

Rayon Mədəniyyət Mərkəzində davam edən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq Ümummilli Liderin bütün fəaliyyəti boyu öz müdrik və uzaqgörən siyasəti, nadir liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olduğunu vurğulayıb. Ulu Öndərin ölkəmizin və xalqımızın həyatındakı əvəzedilməz rolundan danışan rayon rəhbəri hələ sovet hakimiyyəti dövründə Azərbaycan dili, iqtisadiyyatı, təhsili ilə bağlı ölkəmiz üçün bir sıra tarixi qərarlar qəbul etdiyini, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirdiyini, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin etdiyini, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazandığını qeyd edib. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı məhz Ulu Öndərin adı və fəaliyyəti ilə bağlı olduğunu bildirib, ölkəmizin bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin düşündüyü kimi, dünyada müstəqil, qüdrətli dövlət kimi öz sözünü deyərək yaşadığını və dinamik inkişaf etdiyini vurğulayıb.

Sonra Ümummilli Liderin siyasi fəaliyyətinə həsr olunmuş "Heydər Əliyev Fenomeni" adlı sənədli film nümayiş olunub.

Keçidlər