III Beynəlxalq Muğam festivalı çərçivəsində Şamaxıda konsertlər təşkil olunmuşdur
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev tərəfindən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair Tədbirlər Planı təsdiq edimişdir. Həmin tədbirlər planına əsasən bu ilin mart ayının 9-dan 19-na kimi ölkəmizdə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Muğam almi” III Beynəlxalq Muğam Festivalı keçirilir. Festival ərzində həm Bakıda, həm də ölkəmizin bölgələrində, o cümlədən Şamaxıda da muğam ifaçılarının iştirakı ilə konsertlərin verilmişdir.
Martın 9-da, 10-da və 14-də rayon mədəniyyət sarayında III Beynəlxalq Muğam festivalı ilə bağlı tədbirlər keçirilmişdir. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısə Asif Ağayev çıxış edərək festivalın keçirilməsi münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir. Konsertlərdə yerli sənətçilərlə yanaşı tanınmış muğam ifaçısıları Gülyanaq Məmmədova və Kamilə Nəbiyevanın iştirak etmişdir.
Muğam Azərbaycan xalqının ən böyük sərvətlərindən biridir. Etiraf etməliyik ki, uzun illər muğamın qorunması, dünyaya çatdırılması lazımi səviyyədə olmamışdır. Böyük qürur hissi ilə bildirmək istəyirəm ki, bu gün muğamın inkişaf etdirilməsi, onun benəlxalq aləmə təqdim olunması sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən sözün həqiqi mənasında tarixi işlər görülmüşdür. Məhz bunun nəticəsidir ki, muğamımız YUNESKO-nun qeyri-maddi irs syahısına daxil edilmişdir.
Azərbaycanın ən qədim bölgələrindən olan Şamaxı tarixən muğam mərkəzlərindən biri olmuşdur. Həmin ənənələrin yenə də davam etdirilməsi bizi ürəkdən sevindirir. Bu gün Şamaxının yetişdirmələri olan ustad muğam ifaçıları Alim Qasımov, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Nazpəri Dostəliyeva, Elnarə Abdulayeva, gənc muğam ifaçıları Mirələm Mirələmov, Abgül Mirzəliyevlə hər birimiz ürəkdən fəxr edirik.