Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 6 ayda ət, süd və yumurta istehsalı artıb

05 iyul 2019 | 16:00

Şamaxı heyvandarları cari ilin ilk yarısında əsas göstəricilər üzrə məhsul istehsalında uğurlu nəticələrə nail olublar. Belə ki, ət, süd və yumurta istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.

Rayon Statistika idarəsindən bildirilib ki, yarım ildə ət istehsalı (diri çəkidə) 1995 ton olub, bu da keçən ilin eyni dövrünün göstəricisindən 364 ton çoxdur.

Yarım ildə süd istehsalı 1707 ton artaraq 11 min 77 tona, yumurta istehsalı 1 milyon 25 min ədəd artaraq 8 milyon 810 min ədədə çatıb.

Keçidlər