Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir

08 mart 2013 | 16:00

Martın 7-də rayon mərkəzindəki “Şirvan” mehmanxanasında Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edən bir qrup fəal qadın iştirak etmişdir.
Bayram tədbirində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək 8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir. Sonra rayon qadınlar şurasının sədri Nəzakət Abdulrazaqova, Prezident təqaüdçüsü Mariya Kojevkikova, rayon məhkəməsinin sədri Təranə Hüseynova və başqaları çıxış edərək onlara göstərilən xüsusi qayğı və diqqət üçün ölkı Prezidenti İlham Əliyev cənablarına sonsuz minnətdarlıqlarını ifadə etmişlər.
Bildirilmişdir ki, qadın məsələlərini həmişə diqqətdə saxlayan ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə qadınların problemlərinə xüsusu fikir vermiş, onların irəli çəkilməsinə, potesiallarının reallaşdırmalarına dəstək olmuşdur. Həmçinin tədbirdə xüsusi qürur hissi ilə qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ənənələri uğurla davam etdirərək qadınların cəmiyyətdə mövqeylərini möhkəmləndirmələri üçün hər cür imkan yaratmışdır.
Tədbirdə diqqətə çatdırılmışdır ki, 96800 nəfər rayon əhalisinin 49400 nəfəri, yəni  51 % qadındır. Onlardan 23700 nəfəri, yəni 47.9 % şəhərdə, 25700 nəfəri, yəni 52.1% isə kəndlərdə yaşayır. Rayon icra hakimiyyətində 4 nəfər qadın rəhbər vəzifədə çalışır. 4 bələdiyyə sədri qadındır. Bundan əlavə 1 nəfər icra nümayəndəsi, Rayon qadınlarının daha çox təmsil olunduğu təşkilat təhsil  sistemidir. Buradakı işçilərin təxminən 70 faizi qadındır.
Rayonun incəsənət ustalarının çıxışları tədbirə xüsusi rəng qatmışdır. Xüsusilə  aparıcə Rəfail Tağızadənin, Aşıq Ağamurad İsrafilovun, müğənnilərdən Vəfa Rəsulovanın, Zamir Tarıverdiyevin, Mələkxanım Məmmədovanın və başqalarının çıxışları hərarətlə qarşılanmışdır.

Keçidlər