Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının rayonun kəndlərində növbəti səyyar görüşləri keçirilmişdir
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar görüşü rayonun Bağırlı və Hacıqədirli kəndlərində keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov respublikamızda aparılan islahatlar və bu sahədə hər bir kəsin üzərinə düşən vəzifələrdən danışmışdır.
Görüşdə sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılmış, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Bağırlı kənd sakinləri yeni məktəb binasının inşasını, Hacıqədirli kənd sakinləri isə suvarma suyu infrastrukturunun yaradılmasını əsas problem kimi qaldırmışdır. Vətəndaşlara bu problemlərin Dövlət Proqramları çərçivəsində öz həllini tapacağı bildirilmişdir.