Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda bu ilin ilk üç ayında 127 daimi iş yeri açılmışdır

18 aprel 2019 | 16:00

Azərbaycanda aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait digər bölgələrdə olduğu kimi Şamaxı rayonunda yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.

2019-cu ilin birinci rübündə Şamaxıda 127 yeni iş yeri açılıb. Açılan iş yerlərinin hamısı daimidir. Təzə iş yerlərinin 11-i yeni yaradılan müəssisə və təşkilatlarda, 116-sı isə fiziki şəxslərdədir.

Qeyd edək ki, aqrar bölgə olan rayonda təsərrüfatın ayrı-ayrı sahələrində yüzlərlə sakin müvəqqəti iş yerlərində çalışır.

Keçidlər