Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul etmişdir

18 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov aprelin 17-də Şamaxıdakı Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşlar.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilmişdir. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi, həlak olmuş övladlarına şəhid statusunun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olmuşdur.

On beş vətəndaşın iştirak etdiyi qəbulda bir çox müraciətlər yerindəcə həll olunmuşdur. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınmış və onların həlli üçün konkret tapşırıqlar verilmişdir. Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

 

Keçidlər