Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərsu” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul etmişdir

16 aprel 2019 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov aprelin 16-da Şamaxı şəhərində vətəndaşları qəbul etmişdir.

Əvvəlcə Q.Hüseynov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzmüş, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Şamaxı Sukanal İdarəsinin inzibati binasında keçirilən qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarından olan 38 vətəndaşın müraciət və şikayətlərinə baxılmışdır. Müraciətlər əsasən içməli su və kanalizasiya xətlərinin çəkilməsi, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olmuşdur.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar vermişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunmuş, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülmüşdür.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər