Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı məktəbliləri qərb bölgəsindən xoş təəssüratlarla ayrılmışlar

26 mart 2019 | 16:00

"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Şamaxı rayon ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 40 nəfərdən ibarət şagird qrupunun Gəncə-Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz rayonlarına 3 günlük gəzintisi başa çatmışdır.

Şagirdlərimiz qeyd edilən müddətdə ölkəmizi yaxından tanımaq, tarixini öyrənmək, təbiəti, gəzməli-görməli yerləri ilə tanış olmaq üçün belə layihələrin keçirilməsindən məmnunluqlarını, həmçinin, tur aksiya çərçivəsində vaxtilə tarix kitablarından oxuduqları abidələrdən Gəncədəki Nizami Gəncəvi türbəsini, İmamzadə ziyarətgahını, Şah Abbas məscidini, eləcə də Göygöl, Şəmkir şəhərlərindəki kilsələrlə tanış olduqlarını və səfər təəssüratlarını sinif yoldaşları ilə bölüşəcəklərini bildirmişlər. 

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Şamaxı rayonunun komandası breyn-rinq intellektual bilik yarışmasında 24 komanda arasında 2-ci yerə layiq görülmüşdür. 

 

Keçidlər