Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şamaxı məktəbliləri ölkəmizin qərb bölgəsi üzrə yola düşmüşlər

23 mart 2019 | 16:00

Şamaxının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 23-də Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə yola çıxmışlar.

Yolasalma mərasimi rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilmişdir.

Əvvəlcə tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.

Yolasalma mərasimində çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova Prezident cənab İlham Əliyevin tövsiyəsi ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışmış, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Valideyn Dilguşə Məmmədova və digər çıxış edənlər yeniyetmələrin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət kəsb edən və artıq ənənəyə çevrilən bu cür tur-aksiyaların şagirdlərin dünyagörüşlərinin formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.

Sonda məktəblilər musiqi sədaları altında rəqs edərək, onlar üçün ayrılan avtobusa əyləşərək yola düşmüşlər.

Keçidlər