Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda indiyədək 7831 nəfər tibbi müayinədən yararlanmışdır

14 mart 2019 | 16:00

Şamaxı rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi uğurla davam edir və artıq 7831 nəfər bu humanist aksiyadan yararlanmışdır.

105 min 154 nəfər əhalisi olan Şamaxıda 72 min 764 nəfər tibbi müayinədən keçməlidir. Müayinə edilənlərin 1582 nəfəri ambulator, 104 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 82 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılmış, 156 nəfər ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.

Qeyd edək ki, əhalinin tibbi müayinəsi mərkəzi xəstəxanada, poliklinikada, Sabir, Mədrəsə, Şəhriyar qəsəbə, Göylər, Çarhan, Çuxuryurd kənd xəstəxanalarında, habelə Şamaxı Diaqnostika Mərkəzində aparılır. Üç səyyar həkim briqadası yerlərdə tibbi müayinəyə gələ bilməyən ahıl insanlara evlərində xidmət göstərir.

Keçidlər