Şriftin ölçüsü :

Saytın rəngi :

Polşaya səfər zamanı Şamaxı ilə Konstantyunov Lodzki şəhərləri arasında dostluq körpüsü də qurulmuşdur

02 fevral 2013 | 16:00

Xəbər verildiyi kimi, yanvar ayının 30-dan fevral ayının 3-dək geniş tərkibli Azərbaycan nümayəndə heyəti Polşaya səfər etmişdir. Səfər Polşa tərəfdən AvroNest PA-nın vitse-prezidenti, Avropa Parlamentinin deputatı Jaçek Sayruş-Volski və Azərbaycan tərəfdən AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov arasında əldə edilmiş razılıq əsasında baş tutmuşdur.
Azərbaycan nümayəndə heyətinin Polşaya səfəri çərçivəsində doqquz rəsmi görüş keçirilmiş və 10 sənəd imzalanmışdır . Varşava, Krakov, Lodz və ölkənin digər şəhərlərində keçirilən bu görüşlərdə Azərbaycan  və Polşa münasibətlərininin istiqamətləri, hər iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə mübadiləsinin həyata  keçirilməsi ilə əlaqədar həlli vacib məsələlər müzakirə edilmişdir.
Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyətinin Konstantyunov Lodzki şəhərində keçirdiyi görüşlər və apardığı müzakirələr də də mühüm yer tutmuşdur. Burada bir sıra məsələlərlə yanaşı Azərbaycanın Şamaxı şəhəri ilə Polşanın Konstantyunov Lodzki arasında əməkdaşlıq imkanları müzakirə olunmuş və həmin şəhərlərin qardaşlaşması ilə bağlı bəyannamə imzalanmışdır.
Azərbaycan və Polşa arasında əməkdaşlıq imkanlarını dah da genişləndirən bu səfərdə nümayəndə heyətin tərkibinə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov, o cümlədən ölkəmizin AvroNest PA-da nümayəndə heyətinin üzvləri olan millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev və Ceyhun Osmanlı daxil idilər.

Keçidlər