Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

26 fevral 2019 | 16:00

Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Şamaxıda faciə qurbanlarının xatirəsi anılmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri tərəfindən Soyqırımı abidəsi ziyarət edilmiş, abidənin önünə tər qərənfillər düzülmüşdür.

Tədbir Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində davam etdirilmişdir. İştirakçılar əvvəlcə Xocalı faciəsini əks etdirən rəsm sərgisinə baxmış, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək bu günün tarixinə nəzər salmış, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qaydışından sonra Xocalı facəsinə siyasi-hüquqi qiymət verildi. Daha sonra 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev soyqırım faktının beynəlxalq hüquqi və siyasi qiymətin verilməsi üçün ardıcıl iş aparır. Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kompaniyası bütün dünyanın diqqətini bu faciənin ədalətli qiymətləndirilməsinə yönəltdi. Natiq çıxışının sonunda bir daha qeyd etmişdir ki, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayət xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır.     

Daha sonra tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələrinin və şəhər Məhəmməd Hadi adına 9 saylı tam orta məktəb şagirdlərinin hazırladığı “26 fevral Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda ədəbi-bədii kompazisiya ilə davam etmişdir.

 

Keçidlər