Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Rayon İcra Hakimiyyətində bir qrup fəal rayon qadını ilə görüş keçirilmişdir

09 fevral 2013 | 16:00

Fevralın 8-da rayon icra hakimiyyətinin akt zalında bir qrup fəal rayon qadını ilə görüş keçirilmişdir.
Yığıncağ giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov açaraq Azərbaycan qadının üzərinə düşən şərəfli missiyadan, onun respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolundan geniş söhbət açmışdır. Natiq qeyd etmişdir ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən qadınlarımıza xüsusi diqqət və qayğı göstərilmişdir. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Məhz buna görə də qadınlarımızı fəallığı və cəmiyyət həyatına təsiri gündən-günə artır.
Rayon qadınlar şurasının sədri Nəzakət Abdulrazaqova birinci söz alaraq rəhbərlik etdiyi təşkilat tərəfindən görülmüş işlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Natiq daha sonar bildirmişdir ki, bu gün respublikamızda, eləcə də rayonumuzda gedən böyük tikinti-quruculuq işləri, social problemlərin uğurlu həlli Şamaxı rayonunun bütün sakinləri kimi, biz qadınları da ürəkdən sevindirir. Təbii ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur. Rayon qadınlarının yekdil fikrini ifadə edərək bildirirəm ki, əhalinin bütün təbəqələri kimi biz də dövlətimizin başçısı cənab İlham Əliyevin yeritdiyi siyasəti bəyənir və ürəkdən müdafiə edirik.
Tədbirdə Prezident təqaüdçüsü Mariya Kojevnikova, Şamaxı şəhər 1 saylı uşaq bağçası-körpələr evinin müdiri Xumar Nəzərli, şəhid anası Güllü Babaşova, təhsil işçiləri həmkarlar ittifaqı rayon komitəsinin sədri Fatma Quliyeva, şəhər 9 saylı tam orta məktəbin direktor müavini Mətanət Daşdəmirova, şəhər 2 saylı tam orta məktəbin direktor müavini Gülnisə Ələkbərova və Əməkdar müəllim Həbibə Eldarova çıxış edərək respublikamızda, eləcə də rayonumuzda görülən işləri yüksək qiymətləndirməklə yanaşı bir sıra social problemlərin həll edilməsini də xahiş etmişlər.
 

Keçidlər