Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda tədbir keçirilmişdir

29 yanvar 2019 | 16:00

Yanvarın 29-da Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində rayon İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda birgə panel keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, rayon ictimaiyyətinin nümayəndələri, alimlər, ziyalılar iştirak etmişlər.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov çıxış edərək tədbirin əhəmiyyətindən bəhs etmişdir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir Seyid Yəhya Şirvani Bakuvi ilə bağlı təşkil edilmiş tədbirin mənəvi-irfani dəyərlərin təbliği baxımından vacib olduğunu qeyd etmişlər.

Sonra paneldə Seyid Yəhya Şirvani Bakuvi, təsəvvüf, xəlvətilik və birgəyaşayış ənənəsi ilə bağlı Türkiyə Qazi Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müəllimi Mustafa Tatçının “Əbədi silsilə və Yəhya Şirvani”, tədqiqatçı, yazıçı, Türk təsəvvüf musiqisi Vəqfi İstanbul Tarixi Türk Musiqisi qrupunun qurucu müdiri Ömer Tuğrul İnançerin “İslam, Təsəvvüf və Xəlvətilik”, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun “Azərbaycanda birgəyaşayış ənənəsinin formalaşmasında təsəvvüfün rolu” və Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazovun “Azərbaycan təsəvvüf ənənəsində xəlvətiliyin yeri” mövzusunda məruzələri dinlənilmişdir.

Panel çərçivəsində Şamaxı İncəsənət Təhsili Mərkəzində Türk Təsəvvüf musiqisi konserti təşkil olunmuşdur.

Keçidlər