Ötən il Şamaxıda 614 daimi iş yeri açılmışdır
17 yanvar 2019 | 16:00
Qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait digər bölgələrdə olduğu kimi, Şamaxı rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.
Yola saldığımız 2018-ci ildə Şamaxıda 614 yeni, həm də daimi iş yeri açılmışdır. İş yerlərinin 40-ı yeni yaradılan müəssisə və təşkilatların, 151-i mövcud müəssisə və təşkilatların, 523-ü isə fiziki şəxslərin payına düşür.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbulundan bəri rayonda 19 min 127 yeni iş yeri açılmışdır. Yeni iş yerlərinin 16 min 456-sı və ya 86 faizi daimidir.