Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda sənaye məhsulları istehsalı artmışdır

11 yanvar 2019 | 16:00

Regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan layihələrin icrası aqrar bölgə olan Şamaxı rayonunda da infrastrukturun yenilənməsinə, yeni sənaye sahələrinin yaradılmasına imkan verir.

Yola saldığımız 2018-ci ildə sənaye məhsulları istehsalında və göstərilən xidmətlərin həcmində artım qeydə alınıb. Belə ki, ötən il rayonda 7 milyon 129,1 min manatlıq sənaye məhsulları istehsal olunub və xidmətlər göstərilib ki, bu da 2017-ci ildəki göstəricidən 375,3 min manat çoxdur.

Keçidlər