Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilmişdir

07 fevral 2013 | 16:00

Fevralın 6-da rayon icra hakimiyyətinin akt zalında Şamaxı Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilmişdir.
Yığıncaqda rayon ağsaqqallar şurasının sədri Aydın Alcanov çıxış edərək əvvəlcə ötən müddət ərzində rəhbərlik etdiyi təşkilat tərəfindən görülmüş işlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Natiq daha sonar bildirmişdir ki, bu gün respublikamızda, eləcə də rayonumuzda gedən böyük tikinti-quruculuq işləri, social problemlərin uğurlu həlli Şamaxı rayonunun bütün sakinləri kimi, biz ağsaqqalları da ürəkdən sevindirir. Təbii ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur. Həmyaşıdlarımın hamısının yekdil fikrini ifadə edərək bildirirəm ki, əhalinin bütün təbəqələri kimi biz də dövlətimizin başçısı cənab İlham Əliyevin yeritdiyi siyasəti bəyənir və ürəkdən müdafiə edirik.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov çıxış edərək son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda əldə edilmiş möhtəşəm siyasi, iqtisadi və mədəni nailiyyətlərdən geniş söhbət açmışdır. Bu baxımdan diqqəti rayona yönəldən rayon rəhbəri bildirmişdir ki, son iki il ərzində Şamaxıda da xeyli tikini-quruculuq işləri aparılmış və əhalinin rifah halının yaxşılaşdırılması sahəsində əsaslı işlər görülmüşdür. Bütün bu işlərin görülməsində bizə Siz ağsaqqallar tərəfindən hərtərəfli mənəvi dəstək göstərilmişdir. Biz hər zaman Sizi dinləməyə və təkliflərinizi qəbul etməyə hazırıq. Bilirsiniz ki, ötən müddət ərzində bizim rayon ağsaqqalları ilə altı görüşümüz olmuşdur. Bu görüşlər zamanı Sizin bütün təklifləriniz nəzərə alınmış və onların yerinə yetirilməsi əsasən təmin olunmuşdur.
Yığıcağın sonunda Aydın Alcanov yenidən rayon ağsaqqallar şurasının sədri Respublika Ağsaqqallar Şurasının qurultayına nümayəndə seçilmişdir.
 

Keçidlər