Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Şamaxı rayon təşkilatı “Gənclər günü”nü qeyd etdi.

02 fevral 2013 | 16:00

01 fevral-2013-cü il tarixində YAP Şamaxı rayon təşkilatının akt zalında “Gənclər günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda elmi praktiki konfrans keçirilmişdir. Konfransı Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov açaraq təməli ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gündə çox böyük uğurla davam etdirilən Dövlər gənclər siyasətinin inkişafı haqqında geniş məruzə etmişdir. Natiq həmçinin qeyd etdi ki Ulu Ondər Heydər Əliyevin 01 fevral 1997-ci ildə ölkənin bir qrup gəncləri ilə görüşündə 02 fevral tarixini Respublika Gənclər günü elan etməsi və həmin dövrdən indiyə qədər bu qunun gənclər günü kimi ölkəmizdə qeyd olunması bizim hədsiz sevincimizə səbəb olmuşdur. Sonra YAP Şamaxı rayon təşkilatının aparat rəhbəri Altay Məmmədov, Gənclər və İdman idarəsinin baş məsləhətçisi Famil Tağıyev, AMİ Şamaxı rayon filialının tələbəsi Tapdıqzadə Xaliq və Şamaxı Humanitar Kollecin Tələbə Gənclər Təşkilatının sədri Şıxıyev Toğrul Ölkədə Gənclər sahəsində görülən işlər və bu sahədə Dövlətin göstərdiyi qayğıdan geniş söhbət açmişlar.
Konfransın yekununda il ərzində Dövlət Gənclər siyasətinin həyata keçirilməsi sahəsində fərqlənən bir qrup gənclərə Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən Fəxri fərmanlar təltif olunmuşdur.
 

Keçidlər