Şriftin ölçüsü :

Saytın rəngi :

Görülmüş işlər bəhrəsini verir, məhsul istehsalı ilbəil artır

03 oktyabr 2018 | 16:00

  Şamaxı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə görülən tədbirlər, iri taxılçılıq təsərrüfatlarının, aqroparkların yaradılması nəticəsində məhsul istehsalı əvvəlki illərə nisbətən xeyli artmışdır.
   Bu il əkin aparılmış 40449,4 hektar sahədə 86562 ton taxıl istehsal olunmuşdur.
   2018-ci ilin məhsulu üçün 353,5 hektarda əkilmiş kartof sahəsində yığım başa çatmış və torpaq mülkiyyətçiləri sahələrdən 2390 ton məhsul götürmüşlər.
   Cari mövsümdə istehsal edilən kartof ötən ilki göstəricidən 619 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 67,6 sentner təşkil etmişdir. Bir sıra ərazilərdə, o cümlədən daha çox kartof əkilən Qızmeydan, İkinci Cabanı, Çuxuryurd, Ərçiman kənd və Şəhriyar qəsəbə ərazi vahidlərində məhsuldarlıq daha yüksək olmuşdur.
   Rayon ərazisində həmçinin 111,8 hektarda sarımsaq əkilərək 816,3 ton, 305,6 hektar sahədə paxlalı bitkilər əkilərək 575,2 ton məhsul yığılmışdır.
   Rayonda məhsul yığımı davam edir.

Keçidlər