Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxının daha 2 kəndinə təbii qaz verilmişdir

13 sentyabr 2018 | 16:00

 Şamaxı rayonunun daha 2 yaşayış məntəqəsinə - Ovçulu və Bağırlı kəndlərinə təbii qaz verilmişdir.
   200 abonenti olan Ovçulu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 min 106 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 490 abonenti olan Bağırlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 5 min 853 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 23 min 831 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
   Yaşayış məntəqələrinə təbii qazın verilməsi ilə əlaqədar sentyabrın 13-də Bağırlı kəndində açılış mərasimi keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov çıxış edərək Prezident cənb İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdəki sürətli inkişafdan, bölgələrdə, o cümlədən Şamaxı rayonunda həyata keçirilən sosial layihələrdən danışmışlar. Qeyd olunmuşdur ki, artıq Şamaxıda qazlaşdırma 95 faizi ötmüşdür. Hazırda rayonun Sabirli, Qonaqkənd və Hacıqədirli kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Tezliklə bu yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
   Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək bölgələrin sosial-iqtisadi inkişafına, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident cənb İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
   Sonra rəmzi məşəl alovlandırılmış, hər iki yaşayış məntəqəsinə təbii qaz verilmişdir.

Keçidlər