Şriftin ölçüsü :

Saytın rəngi :

Həmrəylik gününə həsr olunmuş sərgi

31 dekabr 2012 | 16:00

Şamaxı Rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı rayonun təhsil müəssisələrində və mədəniyyət ocaqlarında maraqlı silsilə tədbirlər həyata keçirilmişdir. Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə həmin tədbirlərdən biri də uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə ötən il dekabr ayının son günlərində Heydər Əliyev Mərkəzində təşkil olunmuşdur.
Azərbaycanlıların Həmrəylik Günü münasibətilə keçirilən ənənəvi sərgidə müxtəlif mövzulara həsr edilmiş 75 rəsm əsəri və 25 əl işi nümayiş etdirilmişdir. Rayon tamaşaçıları tərəfindən maraqla qarşılanan bu əsərlərin müəllifləri Şamaxının ümumtəhsil məktəblərinin şagirdləridir. Gələcəyin rəssamları olacaq istedadlı uşaqlar ecazkar rənglərin dili ilə Azərbaycan həmrəyliyinin əhəmiyyətini yüksək dəyərləndirərək onun nə qədər vacib olduğunu bir daha ifadə etmişlər.

 

Keçidlər