Şamaxıdakı “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir
26 iyun 2018-ci il tarixində Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə bayram tədbiri keçirilmişdir.
Tədbirdə Azərbaycan Ordusunun yaradılması, respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışılmış, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısı olduğu bildirmişdir. Qeyd etmişdir ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşmışdır ki, aprel döyüşləri də bunu bir daha sübut etmişdir.
Çıxışlardan sonra tədbir rayonun incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etmişdir.