Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Polis işçilərinin 100 illik peşə bayramı qeyd olunmuşdur

02 iyul 2018 | 16:00

İyulun 2-də Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi qeyd edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov Azərbaycan Polisinin yaranmasının 100 illiyi  münasibətilə polis əməkdaşlarını təbrik etmiş, çətin və şərəfli peşələrində onlara uğurlar arzulamışdır. Qeyd etmişdir ki, Azərbaycan polisi uzun, tarixi və şərəfli bir yol keçmiş, daxili işlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də polis işçilərinə diqqət və qayğıkeşliklə yanaşmasının nəticəsidir ki, son illər polis əməkdaşlarının əmək haqları xeyli artırılmış, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.

Yığıncaqda həmçinin rayon polis şöbəsinin rəisi, poli polkovniki Şahin Mirzəyev çıxış edərək Azərbaycan polisinin keçdiyi şərəfli yoldan və müstəqil dövlətimizin qurulmasında Ulu Öndərin xidmətləridən və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqət və qayğısının, ciddi tələbkarlığının Azərbaycan polisinin fəaliyyətindəki uğurlarında xüsusi əhəmiyyəti olduğunu qeyd etmişdir.

Sonra xidməti vəzifəsində fərqlənmiş bir qrup polis işçisinə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları təqdim edilmişdir.

Keçidlər